®Yelo Bank cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatdan görünür ki, Bank ilin əvvəlindən başlatdığı pozitiv artım dinamikasını qorumaqdadır. Belə ki, cari ilin əvvəlindən Yelo Bank-ın xalis mənfəəti 14 milyon manata yüksəlib. Üçüncü rübün sonunda Bankın cəmi aktivləri 912 milyon manat təşkil edir, bu da ötən ilin sonu ilə müqayisədə 90 milyon manat, yəni 11% artım deməkdir.
Bankın həm kredit, həm də əmanət portfeli böyüyüb. İlin əvvəlindən Yelo Bank-ın ümumi kredit portfeli 15% artaraq 715 milyon manat təşkil edib. Bu müddət ərzində portfelin mühüm hissəsini təşkil edən biznes kreditlərinin həcmi 462 mln manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24% artım deməkdir. Qeyd edək ki, kredit portfeli əsasən real sektorun maliyyələşdirilməsi hesabına artıb.
Fiziki şəxslərə verilən kredit portfeli isə ilin əvvəlindən 40 milyon, yəni 20% artaraq 252 milyon manat təşkil edib. Bu satışın 34%-i, eləcə də istehlak krediti portfeli artımının 44%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Hesabata görə Bankın əmanət portfelində də nəzərə çarpan artım var. İlin əvvəlindən bu istiqamət üzrə portfel 12% artaraq 642 milyon manata yüksəlib. Bu da Yelo Bank-a olan inam və etibarın göstəricisidir.
Eyni zamanda Bankın faiz gəlirləri də ötən ilin analoji dövrü ilə müqayisədə 31% artaraq 81 milyon manata çatıb.
Ötən ilin sonu ilə müqayisədə məcmu kapital 10%-lik artımla 102 milyon manat təşkil edir. Bu da requlyativ tələbdən 2 dəfə – 52 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 12.41%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 7.27% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Bank xidmətləri ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!