®1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yelo Bank Gəncədə sosial layihə həyata keçirdi. M. Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseyində təşkil olunan tədbirdə Gəncə SOS Uşaq Kəndi də daxil olmaqla 350-ə yaxın məktəbli iştirak edib. Məktəblilər üçün təşkil olunmuş azad səhnədə müxtəlif mahnılar ifa edildi, fərqli mədəniyyətlərə məxsus rəqs, akrobatik çıxışlar, musiqi alətlərində ifalar gerçəkləşdirildi. Məktəblilərin performansı ilə rəngarəng keçən bu tədbirdə sülh, dostluq, yaradıcılıq və bərabərlik mesajları verildi. Daha sonra məktəblilər komandalara bölünərək müxtəlif master-klaslarda iştirak etdilər. Sonda çıxışlarına görə məktəblilərə Yelo Bank tərəfindən hədiyyələr təqdim olundu.
Qeyd edək ki, Yelo Bank Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim uşaqları və gəncləri diqqət mərkəzində saxlayır. Bank bundan sonra da həssas əhali qruplarına, o cümlədən gələcəyimiz olan uşaqlar və gənclərə dəstək layihələrini davam etdirəcək.
Depozit faizləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın. Yelo Bank AR Mərkəzi Bankının 203 saylı lisenziyası əsasında 25.02.1994-cü ildən 17 filial və 1 özünəxidmət mərkəzi ilə müştərilərin xidmətindədir. Ünvan: Həsən bəy Zərdabi pr. 81 K, Tel: 981
Yelo Bank – Parlaq bankçılıq!