®Yelo Bank xidmət şəbəkəsini böyütməyə uğurla davam edir. Belə ki, Bankın daha bir özünəxidmət mərkəzi kredit ilə qızıl və alışı etmək istəyən müştərilərə çevik və parlaq bank xidməti göstərmək üçün Şərq Qızıl Bazarının 2-ci mərtəbəsində fəaliyyətə başlayıb.
Yeni özünəxidmət mərkəzinin unikallığı ondadır ki, ənənəvi filiallardan fərqli olaraq burada terminal və planşet vasitəsilə bir sıra bank xidmətlərindən faydalanmaq mümkündür. İstər kredit sifariş edin, istər cari hesabınıza mədaxil və ya məxaric edin, istərsə də köçürmələr və bir sıra ödənişləri həyata keçirin – bütün bunların hamısı bir neçə toxunuşla mümkündür. Əlavə olaraq, Şərq Qızıl Bazarındakı butiklərdən alış-veriş etmək üçün kredit imkanlarından faydalana bilərsiniz.
Mərkəzin qapıları həftəiçi hər gün, saat 10:00-dan 19:00-dək müştərilərə açıqdır. Yelo Bank sizi müasir bank həllərinə daha da yaxın etmək üçün yaxın gələcəkdə daha bir neçə filial istifadəyə verəcək.
Bank xidmətləri, həmçinin, pul krediti haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!