5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Yelo Bank-ın “Parlaq Zəfər” əmanəti indi daha yüksək faizlə!

®Yelo Bank-ın “Qarabağ Dirçəliş Fondu” ilə birgə əməkdaşlığı əsasında yaradılmış “Parlaq Zəfər” əmanətinin faizi artırıldı. Artıq “Parlaq Zəfər” əmanət növünə illik 11% faiz dərəcəsi ilə yatırım edə biləcəksiniz. Ənənəvi əmanət məhsullarından əsas fərqi ondadır ki, müştəri əmanət hesabı açmaqla həm özü faiz gəliri əldə edir, həm də “Qarabağ Dirçəliş Fondu”na dəstək olur. Belə ki, “Parlaq Zəfər” əmanətindən 10.5%-ni müştəri qazanmış olur, qalan 0.5%-i isə müştərinin razılığı əsasında fonda köçürülür. 

Yelo Bank, bununla yanaşı, Fonda dəstək olmaq istəyən müştəriləri üçün alternativ imkan da təqdim edir. Bütün Yelo mobil tətbiq istifadəçiləri istənilən məbləği bir neçə toxunuşla “Qarabağ Dirçəliş Fondu”na  köçürə bilər. 

“Parlaq Zəfər” əmanətinin məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, Qarabağın dayanıqlı iqtisadiyyata və güclü regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək olaraq eyni zamanda Fonda köçürülən ianələrin artımına təşviq etməkdir. Hər bir əmanətçiyə müddətin sonunda Yelo Bank və “Qarabağ Dirçəliş Fondu”nun adından ianə sertifikatı təqdim ediləcək.

Qeyd edək ki, əmanət məhsulu üzrə faizləri pulsuz plastik kart vasitəsi ilə də əldə etmək mümkündür. Əmanət üzrə minimal məbləğ 100 AZN olmaqla 1 illik müddətə və məhdudiyyətsiz sayda açıla bilər.

Məbləğindən asılı olmayaraq, edilən hər ianə Qarabağın bərpası üçün böyük töhfədir. Güc birliyimizdədir və biz bu əzmlə düşmənin dağıtdığını qısa bir zamanda bərpa edə biləcəyik.  İanə edək, Qarabağı birlikdə daha tez bərpa edək!

Ətraflı məlumat üçün: https://bit.ly/ylprf2 

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Yelo bank kredit məhsulları ilə maddi ehtiyaclarınızı qarşılamağa hazırdır.

Yelo Bank – Parlaq bankçılıq!

 

Son xəbərlər
Oxşar xəbərlər