“Formalaşmış yeni komanda Bankın gələcəyinə çox böyük ümidlər yaradır” – Nikoloz Şurqaia
Məlumat olaraq bildiririk ki, Yelo Bankın İdarə Heyətinin Sədri Nikoloz Şurqaia tutduğu vəzifədən ayrılır. Bu, bankla cənab Şurqaia arasında müqavilə müddətinin bitməsi ilə əlaqədardır.
“Yelo Bank peşəkar həyatımın çox maraqlı bir dövrü oldu. Hazırda bankda yenilənmə prosesi davam edir, yeni simalar qoşulur, yeni komanda formalaşır. Qarşıdakı inkişaf prosesində onların yeni fikirləri və yanaşması Bankın gələcəyinə çox böyük ümidlər yaradır. Əminəm ki, bu komanda parlaq bankçılıq konsepsiyasında dəyişən Yelo Bankı tam yeni mərhələyə çıxara biləcək” – deyə Nikoloz Şurqaia bildirib.
İdarə Heyəti Sədri vəzifəsini müvəqqəti olaraq İdarə heyətinin üzvü və Bankın Maliyyə üzrə baş direktoru Emil Duşdurov icra edəcək.
Çox təcrübəli maliyyəçi olan Emil bəy Deloitte və KPMG kimi beynəlxalq şirkətlərdə 15 illik təcrübəyə malikdir. O, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu, həmçinin Böyük Britaniyanın Səlahiyyətli Sertifikatlı Mühasiblər Birliyinin (ACCA) üzvüdür.