12 C
Baku
Saturday, November 23, 2024

“Yelo Bank” işçilərinin sayını 100 nəfərə yaxın artırıb

31.12.2022-ci il tarixinə “Yelo Bank”ın işçi sayı 1041 nəfər təşkil edib.

Banker.az bu barədə bankın illik hesabatına istinadən xəbər verir.

31.12.2021-ci il tarixinə bankda işçi sayı 948 nəfər olub ki, bu da illik müqayisədə işçi sayının 93 nəfər artması deməkdir.

Qeyd edək ki, ötən ilin iyun ayında “Yelo Bank”ın işçi sayı 1012, sentyabr ayında 1013 nəfər təşkil edib.

“Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər