3 C
Baku
Cümə, Yanvar 21, 2022

“Yelo Bank” istiqraz buraxacaq – Növbədənkənar yığıncaq çağırdı

14 fevral 2022-ci il saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:

1. Bank tərəfindən istiqrazların buraxılması;

2. Yığıncağın gündəliyində duran digər məsələlər.

Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsini və səlahiyyəti təsdiq edən müvafiq sənədləri təqdim etməyiniz xahiş olunur.

Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir.

Son xəbərlər
Oxşar xəbərlər