®19–20 noyabr 2025-ci il tarixlərində Bakı Marriott Hotel Boulevard-da keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda Yelo Bank rəsmi tərəfdaş qismində iştirak edib. Forumun builki mövzusu “Etibarlı, Təhlükəsiz və Davamlı Bankçılıq” olub.
Tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının nümayəndələri bank sektorunda innovativ həllər, fintex, rəqəmsallaşma və ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
Yelo Bank ölkəmizdə keçirilən bu nüfuzlu maliyyə və bankçılıq tədbirinə verdiyi tərəfdaşlıq dəstəyinə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Qeyd edək ki, forum Mastercard tərəfdaşlığı ilə, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunub.
Bank xidmətlərinə dair (məs: tecili pul krediti) əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!














