12 C
Baku
Saturday, November 23, 2024

“Yelo Bank” kredit portfelini 847 mln. manata yüksəldib

“Yelo Bank” ASC 2024-cü ilin 30 iyun tarixinə olan maliyyə vəziyyəti haqqında hesabat yayımlayıb və esabata əsasən, bankın müştərilərə verdiyi kreditlərdə əhəmiyyətli artım müşahidə edilib.

Banker.az xəbər verir ki, 2024-cü ilin 1 iyul tarixinə “Yelo Bank” ASC-nin müştərilərə verdiyi kreditlərin ümumi həcmi 846.7 mln. manat təşkil edib ki, bu da 2024-cü ilin əvvəli ilə müqayisədə 10.8% artım deməkdir.

Əvvəlki ilin sonuna kreditlərin həcmi 764.3 mln. manat idi.

İstehlak kreditləriilin əvvəli ilə müqayisədə 15.1% artaraq 239.1 mln. manat olub. İstehlak kreditləri 2023-cü ilin sonunda 207.6 mln. manat idi.

Biznes kreditləri ilin əvvəli ilə müqayisədə 9.6% artaraq 529.8 mln. manata yüksəlib ki, bu da 2023-cü ilin sonunda 483.1 mln. manat idi.

Daşınmaz əmlak kreditləri son altı ay ərzində 77.9 mln. manat olub ki, 2023-cü ilin sonunda 73.5 mln. manatı 5.9% üstələyir.

Qeyd edək ki, “Yelo Bank” 2023-cü ilin ilk 6 ayında 50.6 mln. manat müştərilərə verilən kreditlərdən gəlir əldə etdiyi halda, cari ilin eyni dövründə bu rəqəm 63.17 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər