10 C
Baku
Thursday, December 12, 2024

Yelo Bank kuryer xidmətlərinin göstərilməsinə dair tender keçirir®

Yelo Bank 15 may 2020-ci il tarixindən kuryer xidmətlərinin göstərilməsinə dair açıq tender keçirir. 

Ötən illərdə olduğu kimi, bank təchizatçının bir il müddətinə yenilənməsində maraqlıdır.

1.1 Müsabiqənin predmeti Azərbaycanın hüdudlarında və xaricdə sənədlərin kuryer çatdırması üzrə xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanması haqqında ən yaxşı təklifdir. Təchizatçının seçilməsində əsas meyarkar aşağıdakılardır: 

1) qiymət

2) Bakının rayonları və Azərbaycanın regionları üzrə piyada, avtomobillə və motosikletlə kuryerlərin olması 

3) korrespondensiyanın çatdırılmasının sürəti

1.2 Sizdən yuxarıda göstərilən imkanların əks olunduğu təklifi hazırlamağı və 22 may 2020-ci il 18:00 qədər təklifi Yelo Bankın İdarə Heyəti sədrinin adına “Kommersiya təklifi: kuryer xidmətləri – AÇMAQ OLMAZ” qeydi ilə möhürlənmiş zərfdə bankın baş ofisinə (Bakı şəhəri, Puşkin küçəsi 30) təqdim etməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər