“Yelo Bank” ASC 2025-ci ili 31,3 mln. manat xalis mənfəətlə başa vurub.
Banker.az bankın hesabatına istinadən xəbər verir ki, bu da 2024-cü illə müqayisədə 28% azalma deməkdir.
Bankın xalis faiz gəlirləri 109 mln. manat təşkil edərək əvvəlki ilə nisbətən 16% artıb.
Qeyri-faiz gəlirləri isə 36% azalararaq 20 mln. manata düşüb.
Xalis əməliyyat mənfəəti 38 mln. manat olub.
Bankın aktivləri 1,52 milyard manata çataraq 19% artıb.
Depozitlər 1,09 milyard manat olub, 18% artaraq əsasən fiziki şəxslərin depozitləri ilə dəstəklənib. Müştərilərə verilmiş kreditlər 1,06 milyard manata yüksələrək 16% artım göstərib, istehlak və biznes kreditləri bankın portfelinin əsas hissəsini təşkil edir.








