12 C
Baku
Sunday, October 27, 2024

“Yelo Bank” “Təhlükəsizlik Monitorinqi, insidentlərin idarə edilməsi və servislər” üzrə tender elan edir

®“Yelo Bank” ASC “Təhlükəsizlik Monitorinqi , insidentlərin idarə edilməsi  və servislər” üzrə açıq tender elan edir. 

Texniki şərtlər tenderdə iştirakını elektron məktub vasitəsilə təsdiq edən iddiaçılara göndəriləcək.

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 
  • Qiymət təklifi 
  • İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
  • Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)
  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 29 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

 

  • Ödəniş və digər şərtlər

 

  • Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. 
  • Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
  • Tender qalibinin Yelo Bankda açılmış hesabı
  • Avans və 5% icra qarantiyası

 

  • Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

 

  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

  • Satınalan təşkilatın ünvanı 

 

 

  • Bakı ş. Puşkin küçəsi 30, AZ1010

 

  • Əlaqələndirici şəxslər: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+99455 4577616

[email protected]

Son xəbərlər
Digər xəbərlər