7 C
Baku
Thursday, December 12, 2024

Yelo Bank tender elan edir

Yelo Bank (keçmiş Nikoil Bank) potensial tərəfdaşlarına ofis mebeli ilə təchiz olunması ilə əlaqədar tenderin keçirilməsini elan edir.

1.1 Müsabiqənin məqsədi aşağıdakı şərtlərlə ən yaxşı müqavilə təklifinin müəyyənləşməsidir:

► Miqdar: excel faylda qeyd olunacaq;

► Qiymət: yekun məbləğ ƏDV xaric, həmçinin yekun məbləği ƏDV daxil olmaqla təqdim etməli;

      ► Hesablanma qaydası: müqavilə bağlanılan zaman müzakirə olunacaq;

      ► İşin başlanmasının ön tarixi: 10.02.2020 – başlanma tarixi, 15.03.2020 – ilk sifarişin son tarixi.

1.2 Müsabiqə iştirakçılarından tələb olunan şərtlər:

      ► Mebelin hazırlanmasında cizgilərə uygun olaraq parlaq ağ və mat boz MDF laminat istifadə edilməlidir;

      ► Kabinələrdə, toplantı və menecer otaqlarında divar üzlənməsi üçün istifadə edilən akustik panellər səsuducu xüsusiyyətlərə malik olmalıdır;
      ► Skamyaların üzlənməsi üçün kirlənməyə/aşınmaya davamlı parça istifadə edilməlidir;

      ► Metal hissələrin boyanması üçün cizgilərdə göstərilən rəng koduna uyğun toz boya istifadə olunmalıdır.

1.3 Əgər müsabiqədə iştirak etmək qərarına gəlmisinizsə, bizə autocad və excel (bütün mebellərin siyahısı ilə) faylları üçün 1.5 bəndində qeyd edilmiş elektron ünvana müraciət edin. Xahiş edirik, təklifinizi bütün şərtlər yerinə yetirildikdən sonra 3 fevrala 2020 qədər bizə möhürlənmiş zərfdə Yelo Bank ASC-nin İdarə Heyəti sədrinin adına “Ofis mebelinin hazırlanması kommersiya təklifi – AÇILMASIN” qeydi ilə Baş ofisə təqdim edin.

1.4 1.2 bəndindən fərqli olaraq, təqdim olunmuş müsabiqə təklifləri nəzərə alınmayacaq.

1.5 Sualarınız yarandığı halda göstərilən elektron ünvanlara müraciət edin:
[email protected], [email protected].

Son xəbərlər
Digər xəbərlər