“Yelo Bank” ASC Bakı şəhəri Qara Qarayev pr. 25/29 ünvanında yerləşən filialının təmiri üçün açıq tender keçirir.
Bankın yaydığı elanda deyilir ki, birmərtəbəli filialın binası 327 kvadratmetrdən ibarətdir.
Tender iştirakçılarına bank tərəfindən təmir ediləcək sahənin planı təqdim ediləcək.
İştirakçıların seçimi aşağıda qeyd edilmiş bəndlər əsasında aparılacaq:
• Təklif edilən qiymət;
• Təmirin tam icra edilmə müddəti (2 ay);
• Təmir işlərinin filialın fəaliyyəti pozulmadan aparılmalıdır;
• İstifadə ediləcək materialların keyfiyyəti;
• Sifarişçiyə görülmüş işlərin nəticəsi barədə həftəlik hesabatın verilməsi.
Qeyd edək ki, təmir işləri 2020-ci ilin martın 10-da başlamalıdır. Tender proseduru 2020-ci ilin fevralın 28-də yekunlaşacaq. Son tarixə kimi banka aşağıdakı məlumatlar təqdim edilməlidir:
· Tenderdə iştirak üçün yazılı müraciət;
· İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surətləri;
· Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
· İki nüsxədə Azərbaycan və rus dillərində təklif (istifadə olunacaq materialların istehsalçı ölkə barəsində məlumat);
· İnzibati binanın təmir edilməsi üçün tələb olunan vaxt.
Sənədlər tender təklifi ilə birlikdə 2020-ci ilin fevralın 28-i saat 17:00-dək möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30 ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.
Yaranacaq bütün sualları cavablandırmaq üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
· Fərid Mahmudov (+99450 363-97-42)
· Azər Cəfərov (+99450 312-27-07)