Tərlan Rüstəmov “Yelo Bank”da icraçı direktor təyin edilib.
Banker.az xəbər verir ki, Tərlan Rüstəmov “Yelo Bank”ın Pərakəndə məhsulların satışı üzrə icraçı direktoru vəzifəsinə təyin olunub.
O, bank sektorunda 15 ildən artıq iş təcrübəsinə malikdir.
2019-cu ildən Yelo Bankda fəaliyyət göstərən Tərlan Rüstəmov, 2020-ci ildən etibarən Pərakəndə Məhsulların Satışı Departamentinin direktoru vəzifəsini icra edib.






