15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

“Yelo Bank”da yeni təyinat olub

Screen Shot 2021 09 02 at 14.34.20

ADA Universitetinin Kareyera xidmətləri üzrə administratoru olan Kəmalə Eynullayeva da “Yelo Bank” ASC-də karyerasını davam edəcək.

Banker.az xəbər verir ki, K.Eynullayeva bankda İşə qəbul və kadr planlaması şöbəsinin müdiri təyin olunub.

O, bank karyerasına 2004-cü ilin dekabrında “AGBank”da start verib, 2014-cü ilin dekabrına qədər burada çalışmışdır. 2015-ci ilin oktyabrından 2017-ci ilin mayına qədər “CDB Bank”da insan resursları üzrə çalışmış, 2017-ci ilin mayından 2017-ci ilin noyabrına qədər “Ata Bank”ın Marketinq və kommunikasiya departamentində çalışmış, 2018-ci ilin yanvarından 2019-cu ilin martına qədər “Rabitəbank”da İşəgötürmə və qiymətləndirmə idarəsinə rəhbər təyin edilib. 2019-cu ilin sentyabrından 2020-ci ilin oktyabrına qədər ADA Universitetində Karyera xidmətlərinin administratoru olub.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər