6 C
Baku
Monday, March 2, 2026

“Yelo Bank”dan “Accessbank”a transfer

“AccessBank” QSC-də Daxili Audit departamentinə yeni direktor təyin edilib.

Banker.az xəbər verir ki, bu vəzifə Əziz Fətəliyevə həvalə olunub.

O, 2020-ci ilin noyabr ayından bu təyinata kimi “Yelo Bank”ın Daxili Audit departamentinin direktoru olub.

Karyerasına 2007-ci ildə AccessBank-da kassir olaraq başlayıb və zamanla baş kassir vəzifəsinə qədər yüksəlib. 2014-cü ildən isə bankın Daxili Audit Departamentində auditor kimi fəaliyyət göstərməyə başlayıb və daha sonra baş auditor vəzifəsini tutub.

2017-ci ildən Bank Respublikada fəaliyyətini davam etdirən Əziz Fətəliyev əvvəlcə Daxili Audit departamentində şöbə müdiri, son illərdə isə departamentin direktor müavini olub.

Əziz Fətəliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsini bitirib.

Son xəbərlər
Digər xəbərlər