1 C
Baku
Thursday, February 9, 2023

“Yelo Bank”ın I yarımil hesabatı: 2.35 milyon manat xalis mənfəət

Yelo Bank 2022-ci ilin 1-ci yarımili üzrə hesabatını açıqlayıb. Hesabatda bankın yarımili xalis mənfəətlə tamamladığı qeyd olunub.

Banker.az xəbər verir ki, bankın dövr üzrə xalis mənfəəti 2 mln. 351.98 min manat təşkil edib.

Hesabata əsasən, bankın faiz gəlirləri 39 mln. 598.95 min manat, faiz xərcləri isə 14 mln. 352.67 min manat təşkil edib ki, bu da xalis faiz gəlirinin 25 mln. 246.28 min manat həcmində olması deməkdir.

Bank 30.06.2022-ci il tarixinə olan hesabatında aktivlərinin 750 mln. 17.98 min manat, öhdəliklərinin 677 mln. 823.44 min manat, kapitalının isə 72 mln. 194.54 min manat həcmində olduğunu göstərib.

 

 

Son xəbərlər
Digər xəbərlər
X