-1 C
Baku
Sunday, December 15, 2024

“Yelo Bank”ın işçi sayı 1000 nəfəri ötdü

30.06.2022-ci il tarixinə “Yelo Bank”ın işçi sayı 1012 nəfər təşkil edib.

Banker.az bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir.

31.03. 2022-ci il tarixinə bankda işçi sayı 975 nəfər olub ki, bu da 3 ayda işçi sayının 37 nəfər artması deməkdir.

Qeyd edək ki, ötən ilin iyun ayında “Yelo Bank”ın işçi sayı 872, sentyabr ayında 942, dekabr ayında isə 948 nəfər təşkil edib.

“Yelo Bank” 1994-cü ildən fəaliyyət göstərən “Nikoil Bank” ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər