14 C
Baku
Sunday, May 5, 2024

“Yelo Bank”ın maliyyə vəziyyəti açıqlandı

“Yelo Bank” bu ilin 1-ci rübünü 345 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 5 milyon 670 min manat olub.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-mart aylarında “Yelo Bank”ın gəlirləri 19 milyon 782 min manat, xərcləri isə 20 milyon 249 min manat təşkil edib.

AKTİVLƏRİ ARTIB

Bu ilin aprelin 1-nə bankın aktivləri 678 milyon 174 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 27.1% çoxdur. Bunun 472 milyon 310 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 3 ayda bankın kredit portfeli 6% böyüyüb.

DEPOZİT PORTFELİ BÖYÜYÜB

“Yelo Bank”ın öhdəlikləri 31% artıb 608 milyon 935 min manat, depozit portfeli 38.3% artaraq 452 milyon 317 min manata, kapitalı isə 0.7% artaraq 69 milyon 238 min manata çatıb.

y1 y2

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər