4 iyun 2023-cü il saat 11:00-da Bakı şəhəri, AZ1122, Həsən bəy Zərdabi küçəsi, 81k ünvanında yerləşən “Yelo Bank” ASC-nin baş ofisində səhmdarların növbəti ümumi yığıncağı keçiriləcək.
Bu barədə Banker.az “Yelo Bank” ASC-nin Müşahidə Şurasının elanına istinad edir
Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur:
1. Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiqi;
2. Cari və təşkilati məsələlərə baxılması.
“Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədləri təqdim etməyiniz xahiş olunur.
Gündəlikdə duran məsələlər üzrə materiallar elektron poçt vasitəsilə göndəriləcəkdir”- deyə, bank bildirir.