“Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı 13 yanvar 2026-cı il saat 11:00-da keçiriləcək.
Banker.az xəbər verir ki, iclasın gündəliyinə daxil olan məsələlər aşağıdakılardır:
1. Yığıncağın gündəliyində duran cari və təşkilati məsələlərə baxılması;
2. Nizamnaməyə əlavə və dəyişikliklərin olunması ilə əlaqədar Nizamnamənin yeni redaksiyada təsdiq olunması.
Yığıncaqda iştirak etmək üçün şəxsiyyət vəsiqəsi və müvafiq səlahiyyət təsdiqedici sənədlər təqdim olunmalıdır.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla bankın Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 81 K ünvanında yerləşən Baş Ofisi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.








