2020-ci ilin sonunda nizamnamə kapitalını artıran “Yelo Bank” ASC-nin səhm kapitalında pay bölgüsü dəyişib.
Banker.az bu barədə bankın audit hesabatına istinadən xəbər verir.
Bank 2020-ci ilin sonunda 30 milyon manat dəyərində səhm paketi emissiya etməklə nizamnamə kapitalını 378 milyona çatdırmışdır.
Bu kapital artımından sonra bankın əsas səhmdarı “Topaz Investment Limited” MMC-nin payı 95.68%-dən 96.02%-ə qədər yüksəlmişdir. Bu isə o deməkdir ki, ötən ilin sonu emissiya edilmiş səhmlərin hər biri əsas səhmdar tərəfindən alınıb.
Kapitalda bu dəyişiklikdən sonra digər səhmdarlarda, Marina Kulişovanın payı 4.22%-dən 3.89%-ə, “ISR Holding” MMC-nin payı isə 0.10%-dən, 0.9%-ə qədər azalmışdır.
| Səhmdar | 2020, faizlə | 2019, faizlə | 2020, mln AZN | 2019, mln AZN |
| “Topaz Investments Limited” MMC | 96.02 | 95.68 | 363.0 | 333.0 |
| Marina Kulişova | 3.89 | 4.22 | 14.7 | 14.7 |
| “ISR Holding” MMC | 0.09 | 0.10 | 0.3 | 0.3 |
| Cəmi | 100 | 100 | 378.0 | 348.0 |







