“Yelo Bank” ASC-nin Marketinq departementinə yeni direktor təyin edilib.
Banker.az-ın xəbərinə görə, bu Tofiq Ağayevdir.
T.Ağayev “Yelo Bank”a 2020-ci ilin yanvarında Marketinq departamenti direktorunun müavini kimi gəlib.
O, 2018-ci ilin yanvarından 2020-ci ilin yanvarına qədər isə “AccessBank” QSC-də Marketinq meneceri kimi çalışırdı.
T.Ağayev, Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə “Xüsusi istedadlar qrupu”-nun bakalavr dərəcəsinə, daha sonra isə Beynəlxalq İqtisadi Məktəbin eyni ixtisas üzrə magistr dərəcəsinə yiyələnib.