26 C
Baku
Cümə, Sentyabr 17, 2021

Yelo Bankın yeni xidmətilə kartının şifrəsini onlayn təyin et

Screen Shot 2021 09 02 at 14.34.20

®Yelo Bank xidmətlərini rəqəmsallaşdırmağa davam edir. Artıq yeni Yelo Kart sahibləri sifariş etdikləri kartların şifrələrini (PIN kod) təyin etmək üçün banka gəlməli, ya da bankomat axtarmalı olmayacaqlar. 

PIN SET web xidməti vasitəsi ilə yeni kart müştəriləri onlayn formada bu yenilikdən faydalana biləcəklər. Xidmətdən istifadə çox rahatdır. Bunun üçün xidmət səhifəsinə daxil olub aşağıdakı addımlardan keçmək lazımdır.

  • Xidmət səhifəsində kart nömrəsini, bitmə müddətini və CVV kodunu qeyd etmək
  • Karta bağlı olan mobil nömrənizə SMS-lə gələn kodu səhifəyə daxil etmək  

Sizə gələn kod təhlükəsizlik baxımından şifrəli olacaq. Məsələn, SMS-lə 981***0*0 kodu gəlibsə və təyin etmək istədiyiniz PIN 5555-dirsə, saytdakı xanaya 981555050 yazmaq lazım olacaq. Yəni, sizə gələn kodun ulduzlu xanalarına təyin etmək istədiyiniz şifrənin rəqəmlərini yazmaq lazımdır. Qeyd edək ki, xidmət ödənişsizdir. 

Yelo Bankın təqdim etdiyi kartlar ilə üstünlüklərdən yararlanmaq üçün online sifariş xidmətimizdən istifadə edə bilərsiniz. 

Yelo Kartlar haqqında ətraflı məlumat üçün – https://bit.ly/yelo-kart

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  hesablarımıza yazın cavablandıraq! 

Yelo Bank – Parlaq bankçılıq

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər