10 C
Baku
Saturday, March 14, 2026

Yem xərclərinin bahalaşması heyvandarlıq və quşçuluqda istehsal qiymətlərini artırır

2022–2025-ci illərdə kənd təsərrüfatı üzrə idxalda artım əsasən diri heyvanlar və heyvandarlıq məhsulları üzrə olub.

Bu, Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, 2022-ci ilə nisbətən 2025-ci ildə dəyər ifadəsində diri iribuynuzlu heyvanların (safqanlı istisna olmaqla) idxalı 3,7 dəfə, diri qoyunların idxalı 2,1 dəfə, iribuynuzlu və xırdabuynuzlu heyvan əti 2,8 dəfə, kərə yağı 1,6 dəfə artmışdır. Kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında yuxarıda qeyd edilən məhsulların payı 2025-ci ildə 11,4% olub. Bu dövrdə kənd təsərrüfatı və emal məhsullarının ixracı 33,6% artaraq 1524,0 mln. ABŞ dolları, o cümlədən meyvə ixracı 47,9% artaraq 663,5 mln. ABŞ dolları olub.

Heyvandarlıq məhsulları idxalın artımına təsir edən digər əsas amillərdən biri də yerli məhsulların maya dəyərinin idxal məhsullarla müqayisədə əksər hallarda daha baha olması hesab edilir. Heyvandarlıqda və quşçuluqda xərclərin, xüsusilə də yem xərclərinin bahalaşması yerli məhsulun maya dəyərinin artmasına və nəticədə istehsalçı qiymətlərinin artmasına səbəb olur.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər