26 C
Baku
Saturday, July 27, 2024

Yeni 50 avroluq banknot 5 iyulda təqdim olunacaq

Yeni 50 avroluq banknot 5 iyul 2016-cı il tarixində Avropa Mərkəzi bankı tərəfindən təqdim olunacaq. Avropalı tənzimləyicinin rəsmi saytınnın verdiyi məlumata əsasən, yenilənmiş bankno 2017-ci ilin yazında dövriyyəyə buraxılacaq.

Bununla da, Avropa Mərkəzi bankı maliyyə institutlarına və avadanlıq istehsalçılarına yeni banknotun peyda olmasına hazırlaşmaq məqsədilə biraz daha müddət vermişdir.

Avropa Mərkəzi bankının məlumatına əsasən, məhz 50 avroluq banknot avrozonada ən çox istifadə edilən pul nişanlarından biridir. Dövriyyədə təxminən 8 milyard dəyərində 50 avroluq banknot mövcuddur ki, bu da ümumi banknot sayının təqribən 45%-ni təşkil edir.

2013-cü ilin may ayından başlayaraq, Avropa Mərkəzi bankı “Avropa” seriyasından olan yenilənmiş banknotlar buraxır. Bu isə öz adını banknotu saxtalaşdırılmadan qoruyan qədim yunan mifinin qəhrəmanının şərəfinə belə adlandırılmışdır. Bu simvol 500 avro istisna olmaqla, 5 avrodan tutmuş 200 avroya qədər bütün avro banknotlarında var. Belə ki, Mərkəzi bank 2018-ci ildən etibarən 500 avronun buraxılmasını dayandırmaq qərarına gəlib.

AMB-nın məlumatlarına əsasən, avrozonanın 19 ölkəsində təqribən 338 milyon insan avrodan istifadə edir. Avro banknotlarının ümumi nominalı 1 trilyon avro təşkil edir. Tənzimləyici 2013-cü ildən başlayaraq “Avropa” seriyasından olan avro yenilənmələrini həyata keçirmişdir: 5 avroluq banknot 2 may 2013-cü ildə, 10 avroluq banknot 23 sentyabr 2014-cü ildə, 20 avroluq banknot 25 noyabr 2015-ci ildə dövriyyəyə buraxılıb.

Son xəbərlər
Digər xəbərlər