“Apple” şirkəti simsiz “AirPods” qulaqlıqlarını bədən parametrlərini izləyə bilən və eşitmə cihazı kimi istifadə edilən aksesuara çevirməyi planlaşdırır.
Banker.az xəbər verir ki, cihazın yeni nəsli insan bədəninin istiliyini ölçmək üçün sensorlar, habelə istifadəçinin belinin əyri duruşu barədə xəbərdar edən datçiklərlə təchiz ediləcək.
Qeyd edək ki, “AirPods Pro” qulaqlıqlarının hazırkı versiyası həmsöhbətin səsini gücləndirən və kənar səsləri aradan qaldıran “Conversation Boost” funksiyası ilə təchiz edilib.
Daha əvvəl “Amazfit” şirkəti istifadəçinin sağlamlığını izləmək funksiyasına malik “PowerBuds Pro” qulaqlıqlarını təqdim etmişdi. Aksesuar nəbzi, habelə onurğanın duruşunu izləyən datçiklərlə təchiz olunub.