18 C
Baku
Monday, September 16, 2024

Yeni altsistemdə 100 minə yaxın vakansiya toplanacaq – Agentlik sədri

“Əmək və məşğulluq” alt sistemi vasitəsilə 100 minə yaxın vakansiyalar real vaxt rejimində toplanacaq və bu, bizə imkan verəcək ki, işsiz şəxslər işlə təmin olunsunlar”.

Bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, yeni sistem vasitəsilə kadr axtarışında yeni reallıq formalaşacaq: “Vakant iş yerinə ən uyğun işçi insan faktoru olmadan uyğunlaşdırılacaq. Bu sistemlə kadr potensialının formalaşmasında yeni yanaşma olacaq”.

M.Abbasbəyli vurğulayıb ki, sistem vasitəsilə gələcəkdə işəgötürənlərin səhv ehtimalı, işçilərin hüquqlarının pozulması minumuma endiriləcək: “Bunun nəticəsində fiziki yoxlamaların sayı azalacaq. Toplanan datalar əsasında gələcəkdə əmək bazarının təhlilərini apara biləcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər