6 C
Baku
Friday, December 26, 2025

Yeni alüminium zavodunun texniki-iqtisadi əsaslandırmasını “Deloitte & Touche” hazırlayacaq

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Azərbaycan Sənaye Korporasiyası” ASC Yeni alüminium zavodu üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması xidməti nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 196 718 manatdır.

Qeyd edək ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti  2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Nuran Kərimovdur.

Son xəbərlər
Digər xəbərlər