25 C
Baku
Tuesday, July 16, 2024

Yeni “ASAN xidmət” mərkəzləri açılacaq – SİYAHI

2019-cu il ərzində bir çox rayonlarda “ASAN xidmət” mərkəzləri istifadəyə veriləcək.

Bu barədə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bu ilin sonuna kimi Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı və Balakəndə yeni “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Adı çəkilən bütün yeni mərkəzlərdə hazırda tikinti işləri gedir.

Qeyd edək ki, hazırda 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

©fins.az

Son xəbərlər
Digər xəbərlər