Delfi-dən verilən məlumata görə, 10 dekabrdan etibarən Latviyada avro dəstlərinin ilkin satışına başlanılıb. Avro dəstlərini poçt məntəqələrindən və bankların filiallarından almaq mümkündür. Hələ ki, bir şəxsə 5 dən artıq dəst almağa icazə verilmir.
Bir paketin dəyəri 10 latdır və tərkibinə 2 avro dəyərində 2 sikkə, 4 ədəd 1 avroluq sikkə, həmçinin 50, 20, 10 avroluq sikkələr və 5, 2, 1 avro sentlər daxildir. Ümumilikdə dəstdə 45 qəpik var ki, onların da dəyəri 14 avrodan bir qədər çoxdur. Bundan əlavə, Latviya üçün əlavə 800 min avro dəsti də hazırlanacağı planlaşdırılır.
Yerli mətbuat orqanlarının verdiyi məlumata görə, Riqada poçt məntəqələrində artıq lat-ı avroya dəyişmək istəyənlərin növbələri yaranmışdır. Lakin Latvijas Pasts bu məlumatı təkzib etmişdir.
Latviya 2014-cü ilin 1 yanvarında avroya keçəcək və avrozonanın 18-ci iştirakçısı olacaq. Ölkənin avrozonaya daxil olması məsələsi 2008-ci ildən müzakirə edilir.