3 C
Baku
Saturday, March 2, 2024

Yeni Balıq Təsərrüfatı yaradıldı

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.

Banker.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma təsərrüfat barədə məlumat verilib.

Bildirilib ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur.

Son xəbərlər
Digər xəbərlər