15 C
Baku
Wednesday, April 24, 2024

Yeni başlayan biznesmenlərin yol verdiyi 60 səhv

1. İlk növbədə hüquqi şəxs kimi qeydiyyatdan keçmək;

2. Müəssisənin operativ idarəetməsini dərhal digər bir şəxsə həvalə etmək;

3. Şəhər mərkəzində ofis kirayələmək;

4. İlk qazanılan pulu bahalı əşyaların, avtomobilin alınmasına və ya şəxsi sürücüyə sərf etmək;

5. Bütün ştat yerlərini doldurmaq, çoxlu işçi götürmək;

6. Çoxdan, uzun illərdi ki, çalışan rəqiblərə çatmaq cəhdi;

7. Yalnız ilham pərisinə ümidli olmaq;

8. Kreditə və borca girmək, onları gələcək mənfəət hesabına bağlamağa ümid etmək,

9. Yalnız pul qazanmaq xətrinə işlə məşğul olmaq,

10. Kiminsə köməyinə ümidli olmaq.

11. Biznesi kitablara əsasən idarə etmək;

12. Biznesi olmayan insanların tövsiyələrinə riayət etmək,

13. İşə şəxsi katib və ya katibə götürmək;

14. Bahalı sayt hazırlamaq,

15. Ənənəvi reklam növlərinə yatırım etmək,

16. Dərhal böyük dövriyyələrə girmək cəhdi,

17. Tezliklə biznesin özünün işləyəcəyinə və heç bir əlavə səy göstərmədən böyük gəlirlər gətirəcəyinə ümid bəsləmək.

18. Sənəd və hesabat işindən qaçmaq,

19. İmkanına görə yaşamaq,

20. Biznesin asan iş olduğunu düşünmək.

21. Pullarını dərhal fond bazarlarına qoymaq və foreks birjasına girişmək,

22. Qısamüddətli pul arxasınca qaçmaq,

23. İlk uğurları haqqında qabağına çıxan hər kəsə danışmaq,

24. Vaxtın çoxunu hərəkətə deyil, plan qurmağa ayırmaq,

25. Problemlərin öz-özünə həll olunacağına ümid bəsləmək,

26. Bütün əhatədəki insanları şərikə (tərəfdaşa) çevirmək.

27. Şəbəkə biznesində qeyri-adi məbləğlərə ümid bəsləmək.

28. Eyni anda bütün sahələrə girişmək.

29. Bahalı avadanlıq almaq.

30. Malı alarkən qiymət söhbəti aparmamaq, bazarlıq etməmək.

31. Neft, şəkər və qiymətli metallar ticarətindən başlamaq;

32. Qalan bütün iş adamlarını və biznesmenləri axmaq hesab etmək;

33. Xırda qazancları əhəmiyyət verməmək , onlara diqqətsiz yanaşmaq;

34. Xırda xərcləri nəzərə almamaq.

35. Biznes-klass ilə uçmağa başlamaq.

36. Təcrübəli biznesmenlərin tövsiyələrinə qulaq asmamaq.

37. Biznes görüşlərini bahalı restoranlarda keçirmək, tərəfdaşların və qonaqların hesabını ödəmək, ofisiantlar iri məbləğdə “çay pulu” vermək.

38. Ev, ailə və istirahət haqqında unutmaq.

39. Elə ilk ildəcə dünya şöhrəti qazanmağa çalışmaq.

40. İşə götürərkən düzgün seçim etməmək, bütün arzu edənləri, xüsusən yazığınız gəldiyi insanları işə götürmək.

41. Bütün əməkdaşları sosial paket ilə təmin etmək.

42. Daşınmaz əmlak bazarına girmək, ipoteka rəsmiləşdirmək.

43. Səriştəsiz qohumları işə cəlb etmək.

44. Bir neçə kompaniya açmaq.

45. Bahalı mebel almaq və ziyarətçilərin gələcəyini gözləmək.

46. Dövlət və xarici tenderə ümid bəsləmək.

47. Əcnəbi partnyor və investor tapmağa cəhd etmək.

48. Daima səfərdə olmağa rəğmən biznesi idarəetməyə çalışmaq.

49. Biznesi atıb, yenidən əməkhaqqı ilə olan işə düzəlmək.

50. Tərəfdaşınızın sizin əvəzinizə bütün işi görəcəyini ümid etmək.

51. Tabeliyinizdə olan işçiləri maliyyə idarəetməsinə buraxmaq.

52. Müqavilələri oxumamaq.

53. Konkret üstünlüklər olmadan bazarı fəth etmək.

54. İri topdan satışla məşğul olmağa başlamaq.

55. Özünə “yuxarılarda adam tapmaq”.

56. Dövlətlə yalançı əlaqələrə güvənmək.

57. Administrativ resursların satışı ilə bağlı sövdələşmələrdə iştirak etməyə başlamaq.

58. Öz rəqiblərini yetərincə tanımamaq və qiymətləndirməmək.

59. Mərkəzi televiziya kanalında reklam vermək.

60. Mənzili girov qoymaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər