22 C
Baku
Wednesday, July 3, 2024

Yeni başlayan sahibkar bankı necə seçə bilər

Diqqət yetirilməsi lazım olan ən birinci meyar bankın etibarlı olmasıdır, çünki vəsait yerləşdirilməsinə verilən zəmanət təşkilatların hesablarına aid edilmir. Bankın etibarlı olmasını təyin etmək üçün aşağıda göstərilən: bankın reytinqdə tutduğu yer, neçə il müvcud olduğu, sahibinin kim olduğu suallarını özünüz üçün cavablandırmağınızı məsləhət görürük.

Bundan başqa, mümkün qədər əmin olmaq lazımdır ki, bank qeyri qanuni fəaliyyət ilə məşğul olmur, çünki bu lisenziyanın geri çağırılmasına əsas səbəb ola bilər, – bu isə əsas risk faktorudur.
İkinci meyar xidmət haqqıdır. Bankın hansı xidmətləri ödənişsiz, hansıları isə ödəmə ilə yerinə yetirdiyini yoxlayın:

  •  hesablama xidmətinin qiyməti;
  •  pul köçürülmələrinə olan komissiya haqları;
  •  nağd vəsaitin daxil edilməsinə və götürülməsinə olan kassa əməliyyatlarının qiyməti.

Bir qayda olaraq, adətən “müştəri-bank” adlandırılan, banka məsafədən müraciət etmə sistemi hər ay müəyyən edilmiş qiymət ilə ayrıca olaraq ödənilir. Əgər bank ilə məsafədə ünsiyyət qurmaq planlaşdırılırsa, bunun qiymətini dəqiqləşdirmək lazımdır.

Bank haqqında bilmək lazım olduğu üçüncü meyar onun kiçik və orta biznesin dəstəklənməsi proqramlarında iştirakıdır. Bundan başqa çox sayda maliyyə təşkilatlarının xüsusi ilə yeni başlayan sahibkarlar üçün işləyib hazırladıqları şəxsi məhsullar mövcuddur. Kiçik və orta biznes üçün kreditlərin qiymətinə, kreditləşdirilmə formasına, kreditin təminatının qəbul edilməsinə fikir verin.
Dördüncü meyar bankın, onun bölmələrinin yaxud əlavə ofislərinin  yerləşdiyi ərazidir.   Əgər “müştəri-bank” məsafədən daxil olma sistemindən istifadə edilməsi nəzərdə tutulmayıbsa, bu halda bankdan asan istifadə edilməsi həlledici faktorlardan biri ola bilər.

Əvvəlkilərdən az vacib olmayan beşinci meyar – bankın personalının peşəkarlığı və onun əməkdaşlığa hazır olmasını da nəzərə almağa dəyər.   Bu xüsusi ilə hesabat dövrləri arasında mühasib vəzifəsini öz üzərinə götürən və deməli ödəmə tapşırıqlarını və bank üçün digər sənədləri müstəqil hazırlayan yeni başlayan sahibkar üçün vacibdir.

Son xəbərlər
Digər xəbərlər