5 C
Baku
Saturday, December 14, 2024

Yeni biznes ideya yaratmaq üçün 11 üsul

1. Sahib olduğunuz yenilikləri bir kənara qeyd edin.

2. 10 ildən sonra özünüzü necə görmək istədiyinizi xəyal edin.

3. Uşaq olarkən gələcəkdə kim olmaq istədiyinizi yada salın.

4. Ətrafınızdakıların: dostların, qohumların, tanışların nə işlə məşğul olduqlarına diqqət yetirin.

5. Heç vaxt məşğul olmadığınız bir sahə üzrə fəaliyyət göstərməyə cəhd edin.

6. Bir ay ərzində nə qədər pul qazanmaq istədiyinizi yazın. Məbləği günlər üzrə bölün və hansı fəaliyyət sahəsi ilə bir gündə bu pulları qazana biləcəyinizi müəyyən edin.

7. Bir suala cavab verin: hazırda hesabınızda 1 milyon dollarınız olsaydı hansı işlə məşğul olardınız?

8. Sizin yaşamaq istədiyiniz şəkildə yaşayan insanların hansı növ fəaliyyət sahəsi ilə məşğul olduğunu araşdırın.

9. Əsasən hobbilər daha sonradan əsas gəlir mənbəyinə çevrilir. Buna görə də hobbilərinizi inkişaf etdirin.

10. Öz övladınıza hansı sənəti öyrətmək istədiyiniz barədə düşünün. Bu sizə yeni ideyalar qazandıracaq.

11. Hansı işlə məşğul olsaydınız səhərlər böyük sevinclə oyanardınız?

Son xəbərlər
Digər xəbərlər