-3 C
Baku
Sunday, December 15, 2024

Yeni büdcə layihəsində hansı xərclər azaldıldı və artırıldı?

Məlum olduğu kimi, Maliyyə Nazirliyi 2017-ci ilin büdcə layihəsinin dəyişdirilmiş variantını dünən təqdim etmişdir. Yeni variantın köhnədən fərqləndirən cəhət, müəyyən xərclərin azaldılması və artırılması olmuşdur. Ekspert Rəşad Ağayevin verdiyi məlumata əsasən, dəyişikliklər aşağıdakı formada olmuşdur.

Azaldılan xərclər:

1) Dövlət borcuna xidmət xərcləri -127 milyon manat;
2) Elm xərcləri – 6.8 milyon manat;
3) Naxçıvana dotasiya -11 milyon;
4) Hüquq mühafizə xərcləri – 19 milyon manat;
5) Təhsil xərcləri – 126 milyon manat;
6) Səhiyyə xərcləri – 30.4 milyon manat;
7) Sosial müdafiə xərcləri – 64.7 milyon manat;
8) Mədəniyyət-incəsənət xərcləri – 19.5 milyon manat;
9) İdman xərcləri – 201 milyon manat;
10) Kənd təsərrüfatı xərcləri – 305.5 milyon manat.
11) Sahibkarlığa dəstək – 102 milyon manat;
12) Əsas bölmələrə aid edilməyən xidmətlər – 633.3 milyon manat.

Eləcə də bax: Rusiya bir həftədə 2,6 milyard dollar itirdi

Artırılan xərclər

1) Müdafiə xərcləri 1.027 milyard manat
2) Tikinti xərcləri – 639 milyon manat;

Ümumilikdə ilkin variantla müqaysiədə 15-dək bölmə, köməkçi bölmə və paraqraf üzrə xərclər 1.7 milyard manata yaxın azaldılaraq 2 funksional istiqamət üzrə xərclər həmin həcmdə artırılıb.

Son xəbərlər
Digər xəbərlər