25 C
Baku
Saturday, April 27, 2024

Əhalidən yeni cəlb edilmiş manat və dollar müddətli depozitlərinin faizləri yüksəlib

Azərbaycanda fiziki şəxslərdən cəlb edilmiş müddətli depozitlərin gəlirliliyi son ayda yüksəlib.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın statistik bülletenində bildirilir.

Belə ki, yeni cəlb edilmiş müddətli manat depozitlərin gəlirliliyi yanvarda 9.29 faiz olduğu halda, fevralda 9.32 faizə yüksəlib. Xarici valyutada bu rəqəm 2.32 faizdən 2.43 faizə qalxıb.

Şirkətlərdən cəlb edilmiş depozitlər üzrə dərəcələr isə milli valyutada 5.95, xarici valyutada isə 2.37 faiz təşkil edib.

Müştərilərə verilən kreditlərdə isə orta faizlər manat üzrə son bir ayda 16.08 faizdə sabit qalıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər