Azərbaycanda yeni DOST Mərkəzi tikilir.
Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “AM M Line” MMC ilə müqavilə bağlayıb.
Müqavilədə Sabirabad rayonunda DOST Mərkəzinin layihələndirilməsi işlərinin satın alınması nəzərdə tutulur. DOST Mərkəzinin layihələndirilməsi işləri 177 min manata başa gələcək.
Bildirək ki, layihə işlərini həyata keçirən “AM M Line” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 40 manatdır və qanuni təmsilçisi Talıb Həsənlidir.
Onu da qeyd edək ki, 2025-ci ilin sonunadək respublikada 31 DOST mərkəzinin açılması planlaşdırılır. DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.