21 C
Baku
Saturday, November 2, 2024

Yeni “DOST” mərkəzləri açılacaq

“DOST” xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi üçün yeni “DOST” mərkəzlərinin açılması nəzərdə tutulur.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, “DOST” xidmətlərinə əlçatanlığın artırılması üçün yeni hədəflərə doğru işlər aparılır:

“Bu hədəflərdən biri “Virtual DOST” elektron xidmətlər platformasının yaradılmasıdır. Həmin e-platformanın bu ilin 3-cü rübündə test rejimində istifadəyə verilməsi planlaşdırılıb”.

Qeyd edək ki, hədəflər sırasına “DOST” mərkəzlərində eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün surdo-tərcümə xidmətinin təşkili, sosial xidmət göstərilməsinin təkmilləşdirilməsi və s. daxildir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər