23 C
Baku
Friday, April 19, 2024

Yeni “Google” smartfonlarını üz ilə açmaq mümkün olacaq

“Google” şirkəti Nyu-Yorkda keçirdiyi təqdimat mərasimində yeni smartfonlar xəttini və digər məhsullarını təqdim edib.

Auditoriyaya iki model göstərilib: “Pixel 4” və “4XL”.

Onlar uyğun olaraq 5,7 düym (14,5 sm) və 6,3 düymlük (16 sm) OLED displeylərlə təchiz edilib. Batareya tutumları müvafiq olaraq 2800 mAs və 3700 mAs-dır. Hər iki cihaz sürətli və simsiz şarj funksiyasını dəstəkləyir. Smartfonlarda operativ yaddaş 6 GB, daxili yaddaş isə 64 GB və ya 128 GB-dır. Onlar “Qualcomm” şirkətinin “Snapdragon 855” prosessorunda çalışırlar.

Yeni cihazlar iki SIM kartı dəstəkləyir və hər iki tərəfdən “Gorilla Glass 5” şüşəsi ilə örtülüb. Qulaqlıq yuvası olmayan smartfonları üz ilə açmaq (blokdan çıxarmaq) mümkündür: sadəcə, telefonu tutub ekrana baxmaq kifayətdir. Jestlə idarəetmə mahnıları buraxmağa, zəngli saat siqnallarını söndürməyə, səs səviyyəsini tənzimləməyə və ya səsi tamamilə almağa imkan verir.

Smartfonlar üç rəngdə (qara, ağ, narıncı) təklif olunur və artıq öncədən sifariş etmək mümkündür.

Qiymətlər 799 dollardan başlayır və 999 dollarda bitir. Yeni məhsullar oktyabrın 24-də satışa çıxarılacaq.

©İnterfaks

Son xəbərlər
Digər xəbərlər