9 C
Baku
Sunday, November 17, 2024

“Yeni Günəş” restoranının sahibi cərimələndi

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Z.Hacıyev küçəsi, ev 109 ünvanında fəaliyyət göstərən “Yeni Günəş” restoranında keçirilmiş planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Baxış zamanı müəssisədə mal qonşuluğu qaydalarına riayət olunmadığı, mətbəxdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlik işlərinin aparılmasına dair müvafiq sənədlərin olmadığı, məişət tullantıları üçün ağzı hermetik zibil qabılarının yerləşdirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nöqsanlarla bağlı sahibkar barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.

16806913793 jpeg 16806913792 jpeg

Son xəbərlər
Digər xəbərlər