8 C
Baku
Thursday, December 12, 2024

“Yeni həyat bazar ertəsi günü başlamayacaq”

Beynimiz düzgün motivasiyanın inkişafına müdaxilə edir, lakin sən bununla mübarizə apara bilərsən.

Böyük hədəflərə doğru irəliləmək və hər hansısa asılılıqdan qurtulmaq eyni dərəcədə çətindir. Çünki bu proseslərin arxasında eyni mexanizm dayanır. Rusiyanın təcrübəli psixoterapevt həkimlərindən biri olan İrina Belousova, motivlərin mübarizəsi zamanı beyində nələrin baş verdiyini və istənməyən vərdişlərin keçmişdə qalması üçün bu biliklərdən necə istifadə edilə biləcəyindən danışdı. Onun “Psixoterapiya sehri” kitabının bir fəslini dərc edirik.

Stenford Universitetinin keçirdiyi “zefir eksperimenti” ni xatırlayırsınız? Eksperiment zamanı uşaqların oturduğu masaya zefir qoyulmuşdu və onlara 15 dəqiqə ərzində zefirə toxunulmadığı təqdirdə, iki qat çox zefir veriləcəyi vəd edilmişdir. Uşaqların bir qismi özünü “saxlaya” bildi, digər qismi isə yox. İllər sonra bu uşaqlarla eyni təcrübə keçirildi və məlum oldu ki, özünü əldə saxlaya bilən insanlar müqayisədə həyatda daha uğurludurlar. 

Yəni, cazibəyə tab gətirə bilmə qabiliyyəti, ən azından insanın nailiyyət səviyyəsinə təsir edir.

Bu ümumiyyətlə insanların min illər boyunca baş sındırdığı problemlərdən biridir. Platon arabaçısı iki atı idarə edir – onlardan biri döyüş arabasını qabağa, digəri isə daim yoldan çıxır. Birinci at nəcibdir, ikinci isə yox. Arabaçı – ağıldır. Atlar – motivlər.

İslam dinində bu anlayış günahla mübarizə ideyasında təcəssüm olunur. Qadağanı pozduğu üçün insan günahkarlıq hissi ilə cəzalandırılır. Günahkarlıq və utancaqlıq  – özünü idarə etməyə mane olan hisslərdir. Məhz buna görə də, utancaqlığa tab gətirə bilməyən psixika özünü müdafiə etməyə başlayır – sıxışdırmanı işə salır. Günahkarlıq və rüsvayçılıq üzündən insan özünü cəzalandırır və hədəfə doğru gedən yoldan uzaqlaşmağa başlayır. Bir çox insanın şikayətləndiyi uğursuzluq hekayələri də burdan qaynaqlanır.

Deyirlər ki, problem insanın günah edə biləcəyində deyil, onun günah etməyə öyrəşməsindədir. Və bu anda beynimizin neyroplastikliyi və adaptivliyi anlayışı ortaya çıxır. Əslində, beyinlərimiz anatomik quruluş baxımından eyni olsa da, biz hamımız fərqliyik. Biz fərqliyik, çünki şəxsiyyətimi və təcrübəmiz, düşüncə tərzimiz fərqlidir.

Beyin neyronları arasındakı əlaqələr həyat boyu dəyişirlər və yeni əlaqələrin yaranmasının hər yeni dalğası öz əksini “dünyaya fərqli baxdım” sözlərində tapır. Vərdişlərimizin hər biri dəfələrlə təkrarlanan əlaqələrdir və onlara neyrobiologiya nöqteyi-nəzərindən baxsanız, yeni vərdişləri necə inkişaf etdirəcəyinizi asanlıqla başa düşə bilərsiniz.

“Motivasiyanı haradan tapmaq olar?” sualının dəqiq cavab hələki yoxdur: ventral striatum, hipotalamus, boğazdakı ət – beynin müxtəlif strukturları fəaliyyət göstərir.

Lakin buna baxmayaraq, motivlərin mübarizəsi zamanı beyində nəyin baş verdiyini aşağıdakı şəkildə təsvir edə bilərik:

  • Bioloji ehtiyaclara (kolbasa) limbik sistem cavabdehdir.
  • “Fit” bədənə (sosial ehtiyaclar, uzunmüddətli hədəflər) görə isə beynimizin prefrontal bölgəsi məsuliyyət daşıyır.
  • Motor qabığı hər kəslə “dostluq edir” və prefrontal bölgə ilə limbik sistemin sorğularına cavab stimullar ötürür.
  • Singulat qabıq mövcud mübahisəni qeydə alır. Singulat qabıq pis işlədikdə, insan ani zövqlə qarşılaşdıqda özünü əldə saxlaya bilmir.
  • Reyl adacığı sizin iradənizin qeydinə qalır.

 

Ani zövqlərə qarşı dayanıqlı olmağa çalışdıqda, beynimizdəki monoloqu belə təsvir etmək olar:

“ – Bu gün kolbasanı dadaram, birinci gündən isə pəhriz tutacağam”, – bu əslində limbik sisteminin prefrontal bölgəyə müraciətidir: “Bu gün dofaminimi yeyib endorfinlər alacağam, sabah isə məni idarə etməyə başlayarsan”.

Siz başa düşməlisiniz ki, heç kim heç kimə nəzarət etməyəcəkdir. Və yeni həyat bazar ertəsi günü başlamayacaqdır.

Ani zövq almağa yönəlmiş davranış avtomatik və kompulsiv xarakter alır. Əgər asılılıqlarınız indi yadınıza düşübsə, siz çox çeviksiniz. Prefrontal bölgənin və limbik sistemin işə düşməsi üçün çox güclü bir motiv meydana gəlməlidir.

Əslində, biz narkotik maddələrdən asılı olan insanlardan heç nə ilə fərqlənmirik.

Bu arada, “zefir eksperimenti” bir neçə dəfə və müxtəlif variantlarda həyata keçirilib. Məsələn, ani zövqə qarşı dayanıqlı olmağınıza təsir göstərə biləcək faktorlar tədqiq edilib və ya əksinə, uşaq özünü əldə saxlaya bilməyib zefiri yeməsi üçün nələrin etmək lazım olması araşdırlıb.

Seçdiyiniz yolu tutub bir anlıq həzzlərə aldanmamaq üçün hansı əməli hərəkətləri yerinə yetirməyin mənası var?

  • Özünüzü sınamayın, könlünüzdən keçən şeyləri göz qarşısından uzaqlaşdırın.
  • Əgər hal-hazırda könlünüzdən keçən şey gözünüzün qarşısındadırsa, onu hər zaman dəyərdən sala və bütün diqqətinizi həmin əşyanın abstrakt keyfiyyətlərinə yönəldə bilərsiniz.
  • Uzunmüddətli hədəflər daha cazibədar olmalıdırlar, bunun üçün əlinizdən gələni edin: gözünüzü yumub hədəfinizə çatdıqda keçirəcəyiniz hissləri təsəvvür edin.
  • Məqsədlərə çatmaq üçün plan hazırlayın. “Redline” və “deadline” ları unutmayın: istək obyekti ilə üzləşdikdə nə edəcəksiniz?
  • Daxili motivasiyanı gücləndirmək üçün daha bir yol: hədəfinizin dəyərini artırın, o digər insanlar üçün əlçatmaz olmalıdır.
  • Öyrənin! Özünüzdə erudisiyanı inkişaf elətdirin, məntiq məsələlərini həll edin, müxtəlif kvestlərdə, kurslarda və koqnitiv treninqlərdə iştirak edin. Öyrənmək və yeni bilikləri əldə etmək çox vacibdir. Nə qədər çox öyrənsəniz, prefrontal bölgə bir o qədər çox inkişaf etmiş olar. Və nəticədə – qəbul etdiyiniz qərarların çox hissəsi doğru olacaq və bu proses sizə daha asan gələcək. Bu, idman kimidir.

Hər birimiz məqsədlərə çatmaq üçün lazımlı davranışı inkişaf etdirmək imkanımız var: əsas olan konsentrasiya və təhlildir. Vaxtaşırı beyninizi dofamin ilə qidalandırmalısınız. Bu, kiçik mükafatların sehridir. Özünüzü əzizləməyi unutmayın! Özünü tərifləmək, kiçik hədiyyələr bağışlamaq və əzizləmək. Onda ən iddialı hədəflərə belə getmək asan olacaq!

Son xəbərlər
Digər xəbərlər