17 C
Baku
Friday, April 19, 2024

“Yeni Həyat” şirkətlərindən birləşmə xəbəri

“Yeni Həyat”lar birləşir. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilib.

Məlumata görə, “Yeni Həyat” Mənzil Tikinti Kooperativi “Yeni Həyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Yəni, “Yeni Həyat” MKT digər təşkilati hüquqi formada olan şirkətə birləşəcək.

“Yeni Həyat” MMC 2002-ci ildə yaradılıb, 20 manat nizamnamə kapitalı var. “Yeni Həyat” MKT isə 2005-ci ildə təsis edilib və 120 manat nizamnamə kapitalları var.

Hər iki şirkətə eyni şəxs – Zaur Hüseynov Ağadadaş oğlu rəhbərlik edir.

Son xəbərlər
Digər xəbərlər