“Yeni Hayat” Şirkətlər Qrupuna yaxın olan “Güvenli-Servis Management” Məhdud Məsuliyyətli Cəmiyyətinin (əvvəlki: “Hayat Management” MTK) nizamnamə kapitalı kəskin artırılıb.
Banker.az xəbər verir ki, nizamnamə kapitalı sonuncu əməliyyat zamanı 2 dəfə artırılmaqla 13.3 milyon manata yüksəldilib. Qeyd edək ki, sonuncu dəfə isə kapital 2025-ci ilin sentyabrında 62.8% artımla nizamnamə kapitalı 3.9 manatdan 6.4 manata qaldırılmışdı.
Şirkət yarandığı gündən 2024-cü ilin aprelinə qədər cəmi 200 manat kapitalı vardı.
Xatırladaq ki, “Güvenli-Servis Management” MMC 2009-cu ildə təsis edilərkən “BAK Tikinti-İnşaat” MMC kimi təsis edilmiş, 2013-cü ilin noyabrından adını dəyişdirməklə “Grand Hayat” MTK-ya, 2022-ci ilin mayından isə “Hayat Management” MTK, həmin ilin sentyabrından isə hazırkı ad altında çıxış edir.
Şirkət Bakı şəhəri Yasamal rayonu, Tbilisi Pr, ev 1054-cü məhəllədə qeydiyyatdadır.
Onun direktoru Ramil Alışov Veysəl oğludur.







