Yeni icra başçısı köməkçisini işdən çıxardı

Suraxanı Rayon İcra Hakimiyyətinin iki əməkdaşı işdən çıxarılıb.

Banker.az Report agentliyinə istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının köməkçisi Teyyublu Mirteyyub Xaqani oğlu vəzifəsindən azad edilib.

Eyni zamanda, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu isə yaş həddinə görə işdən çıxarılıb.

Hələlik onların yerinə heç bir təyinat olmayıb.

Faktı Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov təsdiqləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub.

Xatırladaq ki, son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları