13 C
Baku
Tuesday, October 22, 2024

Yeni icra başçısından yeni təyinat

Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov özünə yeni köməkçi təyin edib.

Mənbənin Qərb bürosunun məlumatına görə, bu vəzifəyə bundan əvvəl də N.Bayramovun Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı olduğu dövrdə onun köməkçisi işləmiş Kamran Məhərrəm oğlu Məhərrəmov gətirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş icra başçısı Elmar Vəliyevin köməkçisi işləmiş Tural Yaşar oğlu Hacızadə isə ŞİH başçısı Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi vəzifəsinə təyin olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər