10 C
Baku
Thursday, December 12, 2024

Yeni ideyanın yaranması və beynimiz

Şüurun bioloji əsaslarını tam anlamaq üçün ola bilsin hələ bir neçə yüz illik lazım gələcək.

Lakin cəmi bir neçə 10 il bundan əvvəl bu məsələnin izahına dair heç bir cəhdlər edilmədiyi bir halda, bu gün kü gündə sözügedən bu sahə üzrə elmi araşdırma metodları peyda olur.

Qısaca desək, hələ ki elm yeni ideya yarandıqda beyində baş verən proseslərin tam izahını verməkdə acizdir. Bu sahədə araşdırma aparan Riçard Feynman bildirmişdir ki, beyində yeni ideya yaranan zaman baş verən prosesləri izah etməyin çətinliyi texniki çətinlik ilə bağlı deyil. Buna səbəb isə beyinin necə təşkil edildiyini anlaya bilmədiyimizdir.

Bəs indi məlum olan nədir? Fikir necə yaranır deyə bilmərik, lakin yeni ideya yarandıqda beyində hansı unikal iş şərtlərinin yarandığını deyə bilərik. Bütün bunlar isə xüsusi eksperimentlər sayəsində aşkar edilir. Alimlər şüurlu və şüursuz məlumatın qavranılması zamanı beyində baş verənləri müqayisə etdikdə belə nəticəyə gəlmişlər ki, dərk etmə bir çox amillərdən asılıdır.

Son xəbərlər
Digər xəbərlər