Yeni il ilə bağlı ən maraqlı faktlar
- Yeni il ərəfəsində biz sizə bu bayram haqqında maraqlı faktları təqdim etmək istəyirik. Bu gün bizimlə bərabər Yeni il haqqında bilmədiklərinizi öyrənəcəksiniz.
- Yeni ilə bənzər bayramın keçirilməsi haqqında məlumatlar b. e. 3-cü minillikdə Mesopatamiyaya aiddir.
- Şam ağacını bəzəmək ənənəsi ilk dəfə orta əsrlərdə müasir Almaniyanın ərazisində əmələ gəlmişdi.
- 1 yanvardan etibarən yeni ili I Pyotrun sərəncamından sonra qeyd etməyə başladılar.
- İlk dəfə Şaxta baba 1840-cı ildə Odoyevskinin “İriney babanın nağılları”nın personajı kimi xatırlanır. “Şaxta daşıyıcısı” nın kökləri isə slavyan mifologiyasına gedir.
- Qarqız və Şaxta baba isə sovet vaxtlarında yaranmışdılar. İlk dəfə 1937-ci ildə bayramda Qar qızının və Şaxta babanın dueti baş tutmuşdu.
- Rəsmi olaraq Yeni ilin əsas personajının ad gününü 18 noyabrda qeyd edirlər.
- Qar qızının vətəni Kostrom əlayətidir. “Qar qızı” pyesinin müəllifi Aleksandr Ostrovskiy də Kostrom əlayətindəndir.
- İspaniyada və Kubada Yeni ildə 12 üzüm yemək kimi bir adət var.
- Yeni ildə fişəng partlatmaq adəti Asiyadan gəlib. Bunun mənası ondadır ki, fişəng nə qədər rəngarəng və yüksək səsli olsa, pis ruhlar bir o qədər qorxarlar.
- Santa Klausun marallarının adı Deşer, Dener, Prenser, Viksen, Komet, Donner, Blitsendir. Şimali Amerikada sürünün başçısı qırmızı burunlu Rudolfdur.
- Kiprdə Şaxta babanı Vasiliy kimi adlandırırlar.
- Ceyms Beluşi aktyor karyerasına başlamamışdan öncə Santa Klaus olaraq çalışırdı və hədiyyələr payladığı zaman polis tərəfindən saxlanmışdı. Santa Klausun qollarına uşaqların gözü qarşısında sürücülük vəsiqəsi olmadığı üçün qandal taxılmışdı.
- Yaponiyada Yeni il ərəfəsində dırmıq əldə etmək məşhurdur. Bu daha böyük xoşbəxtlik əldə etmək mənasına gəlir.
- İlk dəfə işıq saçan elektrik grelyandı 1895-ci ildə Ağ evin qarşısında asmışdılar.
- Kambocidə Şaxta baba əvəzinə İstilik babadır.
- 19-cu əsrin ortalarında İsveçdə ilk şüşədən düzəldilmiş şam ağacı oyuncaqları əmələ gəlmişdi.
- İlk milad açıqçası ilk dəfə İngiltərədə 1843-cü ildə əmələ gəlmişdi.