Yeni il ailəvi bayramdır, onu yaxın və doğma insanların əhatəsinə keçirmək lazımdır. Belə deyirlər ki, ili necə qarşılasan elə də yola salarsan. Bizim ölkədə Yeni ili böyük bayram süfrəsi arxasında qarşılayırlar. Süfrədə müxtəlif cür taamlar və əsasən Şampan şərab olur. Adama elə gəlir ki, biz bu bayramı əsrlərdən bəri qeyd edirik, amma əslində Yeni ilin Azərbaycanda qeyd edilməyə başlaması SSRİ dövrlərinə təsadüf edir. İndi isə Azərbaycanda 31 dekabr ancaq Yeni il deyil, həm də Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Bir-birinə qarışan bu iki bayramı hamı yaddaqalan şəkildə qeyd etmək istəyir. Kimi evdə, kimi restoranda, kimi isə səyahətdə. Məsləhətlərimiz yeni ili evdə qeyd etmək istəyənlər üçündür.
Yeni il süfrəsi necə olmalıdır
Hansı rənglərin masaya hakim olacağına qərar verin və işə ilk başda süfrədən başlayın. Yeni ilin trend rəngləri tünd göy, mavi, gümüşü, göy rəngin çalarları, həmçinin qızılı rəngdir. Onların yanında daha açıq rənglərdən də istifadə edə bilərsiniz Çalışın ki, süfrəniz zəngin və dəbdəbəli olsun. Daha sonra süfrədə verəcəyiniz yeməklərə uyğun olaraq qab-qacaq dəstini nəzərdən keçirin. Qablarınız, stəkanlarınız və çəngəl-bıçaqlarınız bir-biri ilə ahəng içində olmalıdır. Süfrədəki hakim tonlar bir-birini izləməlidir.
Yeni il süfrəsini bəzəmək üçün müxtəlif aksessuarlardan istifadə edə bilərsiniz. Bu süfrənizin daha da mükəmməl görünməsinə şərait yaradacaq. Xüsusi gecələrdə olduğu kimi, bayram süfrəsində də şamlardan istifadə edə bilərsiniz… Süfrənizin rənginə uyğun seçilmiş şamdanlar və şamlar Yeni il axşamında süfrənizdə romantik bir hava yaradar.
Salfetlər və salfetlikləri də unutmamaq lazım. Dəyişik salfet qatlama üsullarını sınağın yanında alternativ olaraq markaların yeni il üçün xüsusi hazırladığı zərif və əyləncəli salfetlikləri də istifadə edə bilərsiniz. Yeni il süfrəsini yolka ornamentləri ilə bəzəmək, həmçinin çiçəklər və muncuqlardan istifadə etmək olar. Sadəcə çiçək daha çox bahar abı-havası yaradır, biz isə soyuq qış aylarındayıq.
Süfrənizdə nələr olmalıdır?
Qoy həmişə əlinizin altında bir stəkan qazsız su olsun. Spirtli içkidən sonra su içməklə özünüzü mədə bulantısından sığortalamış olursunuz. Amma bayram günü süfrədə çox su içməyə çalışmayın bu həzm etməni poza bilər. Daha yaxşı olar ki, suyu yeməyə 1,5 saat qalmış və ya yeməkdən 40 dəqiqə sonra içəsiniz.
Göyərti hər yerdə olmalıdır. Məhz göyərtinin tərkibi bol miqdarda minerallar, mikroelementlərlə zəngindir. Onlar bayram süfrəsində orqanizmi faydalı maddələrlə təmin etməyə imkan verəcək. Daha bir vacib məqam: cəfəri spirtli içki qoxusundan azad olmağa imkan verir.
Təzə tərəvəzlərdən olan salatlardan da çox yeməyə çalışın. Bu artıq çəki ilə nöqteyi-nəzərindən tamamilə rahatlıq, eyni zamanda faydalı fermentlər, minerallar deməkdir. Əsas odur ki, mayonezsiz.
Niyə təccüblənirsiniz ki? Hələ heç kim tərəvəzlərin ziyanlı ola biləcəyini deməyib. Zeytun, kartof, soğan, qarğıdalı, yerkökü ancaq vitamin kompleksi deyil, onlar həm də mədə bağırsaq sisteminin normal funksiyası üçün faydalı liflərlə zəngindir.
Qaynadılmış ət – salatları doyumlu və dadlı edir. Həm də sağlamdır. Yumurta da öz yerinə görə, faydalı və kifayət qədər vitaminli qidadır.
Yeganə minus – mağaza mayonezidir. Amma bunun da çarəsi var. Salatları evdə hazırlanan souslarla bəzəmək olar.
Farel, nərə, xanı balığı – tərifnamə oxumaq olar. Yağlı balıq doymamış yağ turşusu, D və E vitamini ilə boldur. Onlar spirtli içkiyə xüsusi meyl zamanı xüsusilə fəallaşan sərbəst radikallarla yaxşı mübarizə aparırlar.
5. Meyvələr
Birincisi yeni il süfrəsində meyvə səbəti çox gözəldir. İkincisi bu bol vitamin, orqanizm üçün faydalı minerallar, liflərdir. Bir amma var – belə ki ,yeməklə meyvə arasında azı 1 saat fasilə verin. Bu vaxt ərzində mədə ağır yeməkləri həzm edəcək.